Somalidə antiterror əməliyyatı nəticəsində “Əş-Şabab” terrorçu qruplaşmasının 50 silahlısı məhv edilib.
“QİA.az” “TRTHaber”ə istinadən xəbər verir ki, Somali ordusu iyunun 11-dən Hiran əyalətində qruplaşmaya qarşı əməliyyat keçirib.
Bildirilib ki, əməliyyat nəticəsində azı 50 silahlı zərərsizləşdirilib, qruplaşmanın yerləşdikləri ərazilər dağıdılıb.
Məlumata görə, son əməliyyat nəticəsində 6 kənd “Əş-Şabab” qruplaşmasından təmizlənib.