Somalidə terror aktı zamanı 23 nəfər həlak olub

İyn6,2021

Somalidə terror aktı törədilib.

“QİA.az” xəbər verir ki, bu barədə polisə istinadən yerli “SNTV News” telekanalı bildirib.

Məlumata görə, hadisə paytaxt Moqadişoda baş verib. Kamikadze tərəfindən törədilən partlayış nəticəsində 23 nəfər həlak olub.

Faciəli hadisə avtobus dayanacağı yaxınlığında olub.

Hadisəyə görə məsuliyyəti hələ heç bir terror qruplaşması üzərinə götürməyib.

Daha əvvəl partlayış zamanı 2 nəfərin həlak olması, 8 nəfərin xəsarət alması barədə bildirilib.

Oxşar Xəbərlər