Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatının son yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq.
“QİA.az”ın məlumatına görə, 100 kq çəki dərəcəsindəki Zelim Kotsoyev və Elmar Qasımovun ilk görüşü 1/16 finala təsadüf edəcək. 100 kq-dan yuxarı kişi cüdoçu Uşangi Kokauri və yeganə qadın cüdoçu İrina Kindzerska yarışa 1/8 finaldan başlayacaq.
Avropa çempionatı
18 aprel
Kişilər
100 kq
1/16 final. Zelim Kotsoyev – Aaron Fara (Avstriya)
1/16 final. Elmar Qasımov – Toma Nikiforov (Belçika)
+100 kq
1/8 final. Uşangi Kokauri – Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi
Qadınlar
+78 kq
1/8 final. İrina Kindzerska – Lea Fonteyn (Fransa)
Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib.