Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan “QİA.az”a verilən məlumata görə, mayın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 2 436 776 m² (243 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
![](https://static.report.az/photo/657794f5-72e9-35e9-95c2-c13f811b74c3_290.jpg)
![](https://static.report.az/photo/0aac3a02-c7d6-375f-8ef7-5d7142f046fa_290.jpg)