Son bir həftədə 93 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

May10,2021

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan “QİA.az”a verilən məlumata görə, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 922 816 m² (93 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Oxşar Xəbərlər