“Sosial Media və Rəqəmsal Məzmun Yaratma” layihəsinə start verildi

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalib layihələrdən biri olan “Sosial Media və Rəqəmsal Məzmun Yaratma” adlı layihəyə start verilib. Layihə gənclər arasında rəqəmsal bacarıqların inkişafına, sosial mediada keyfiyyətli və maarifləndirici məzmun istehsalının təşviqinə yönəlib.

Layihə rəhbəri — Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi Rəvan Məmmədov bildirib ki, layihə çərçivəsində gənclərə rəqəmsal dünyanı daha dərindən tanımağa imkan verən video silsilələr hazırlanacaq. Videolarda rəqəmsal marketinq, proqramlaşdırma (frontend və backend hissələri) və kibertəhlükəsizlik kimi mövzular izah ediləcək.

Layihənin ilk videosu artıq YouTube platformasında yayımlanıb. Sözügedən video layihənin təqdimat buraxılışıdır və layihənin məqsədləri, istiqamətləri, eləcə də qarşıdakı fəaliyyətlər barədə ətraflı məlumat verir.

🔗 Videonu izləmək üçün keçid: https://youtu.be/Zk-CHEjzUn0?feature=shared

Layihə, gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları müasir informasiya mühitinə adaptasiya etmək və rəqəmsal sahədə öz potensiallarını reallaşdırmalarına dəstək olmaq məqsədi daşıyır.

Oxşar Xəbərlər