Şotlandiyada Britaniyadan ayrılmaq istəyənlər seçkilərdə qalib gəlib

Şotlandiyada parlament seçkilərinin nəticələri açıqlanıb.

“QİA.az” BBC-yə istinadən xəbər verir ki, Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını istəyən iki siyasi partiya bu siyasi kampaniyada qalib olub.

Bildirilib ki, Şotlandiya Milli Partiyası 129 mandatdan 64-nü, Yaşıllar Partiyası isə 8-ni qazanıb. Bununla da separatçı sayılan bu iki partiya bir yerdə parlamentdə 72 yer əldə edib.

Məlumata görə, onlar Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması üçün referendumun keçirilməsinə çalışacaqlar.

Oxşar Xəbərlər