Yeni növ koronavirus infeksiyasına yoluxanların sayında artım olduğuna görə Şri Lanka səlahiyyətliləri xaricdən gələnlər üçün ölkəyə giriş şərtlərini sərtləşdiriblər.
QİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, ölkəyə səfər edən hər bir turist vaksinasiya olunmasından asılı olmayaraq iki həftə ərzində izolyasiya edilən hotellərdə qalmalıdır. Bu mayın sonuna kimi məcburi olacaq.
Eyni zamanda, 12 yaşından yuxarı olan bütün turistlər ölkəyə gəldiyi gün və hotledə qaldığı 11-ci gün test verməlidir. Əgər testin cavabı müsbət olarsa, turist ölkəni gəzə bilməyəcək.
Bundan başqa ölkədə 17 may tarixindən etibarən komendant saatı tətbiq ediləcək. Bu saat ərzində heç kimin, hətta turistlərin belə küçəyə çıxması qadağandır.