Maliyyə

“Standard Insurance”ın 1,1 milyon manatlıq əmlakı satışa çıxarılıb

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin ümumilikdə satış qiyməti 1,15 milyon manat məbləğində müəyyənləşdirilib.

Bu barədə “QİA.AZ“a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, “Əmlak Hərrac Mərkəzi” MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin %-i, yəni 11,5 min manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Əlaqəli xəbər

Back to top button