Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib

Diasporla İş üzrə DK-nın məlumatına görə, İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir zamanı xalqımızın ümummilli liderinin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev ölkəmizdə vətəndaş müharibəsinin və dövlət müstəqilliyinin itirilməsinin qarşısını alıb, Azərbaycanın möhkəmləndirilməsi və inkişaf etməsi üçün misilsiz xidmətlər göstərib. Onun əziz xatirəsinin xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlılarının qəlbində əbədi yaşayacağı nəzərə çatdırılıb.

 Tədbirdə ulu öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib, məktəb şagirdlərinin ifasında Azərbaycana və ümummilli liderə həsr edilmiş şeirlər səsləndirilib.     

Oxşar Xəbərlər