Stoltenberq İrəvanda: “Davamlı sülhə nail olmaq imkanları var” – YENİLƏNİB + FOTO

Mar19,2024

“Cənubi Qafqaz regionunda sabitlik Avro-Atlantik regionu üçün olduqca vacibdir”.

Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanları var.

Bu baxımdan Stoltenberq Ermənistanı xalqlar üçün davamlı sülhün bərqərar olmasına və məsələnin nizamlanmasına yol açacaq razılaşmanın əldə olunmasına çağırıb.

Oxşar Xəbərlər