“STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

Apr24,2024

“STP Şirkətlər Qrupu” tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirilib.

QİA.az xəbər verir ki, “#yashilplanet” şüarı altında təşkil olunan tədbirdə qrupa daxil olan şirkətlərin əməkdaşları ilə yanaşı “Sabahın gücü” inkişaf proqramının təcrübəçiləri də iştirak ediblər.

Aksiyanın təbiətsevər iştirakçıları onlara ayrılan ərazidə 200 ədəd zeytun ağacı əkərək ümumilikdə 2 sot torpaq ərazinin yaşıllaşdırılması və abadlaşdırılmasına töhfə veriblər.

Qeyd edək ki, tədbir çərçivəsində “STP Şirkətlər Qrupu”nun onlarla zavodun yerləşdiyi ərazisində də 60 ədəd şam ağacı əkilib. Aksiyada qrupun baş icraçı direktoru Hicran Valehov da iştirak edib.Bu kimi tədbirlərin təşkil olunmasında məqsəd ətraf mühitin qorunmasına və ekoloji tarazlığın bərpasına dəstək olmaq, təbiətə töhfə verməkdir.

Oxşar Xəbərlər