STTM: Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurub

Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bu, Rusiyanın aparıcı təhlil mərkəzlərindən biri olan Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktor Ruslan Puxovun redaktəsi ilə Qarabağda 44 günlük hərbi əməliyyatlara dair təhlillərin cəmləşdiyi “Qafqazda Fırtına” adlı analitik məcmuədə yer alıb.

STTM-in mənbələri iddia edir ki, Ermənistanın Hərbi Hava Qüvvələri bu ölkənin hava hücumundan müdafiə qüvvələrinə zərbələr endirib

Qeyd edilir ki, münaqişə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Ermənistanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri ölkənin hərbçiləri tərəfindən vurulub. “Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

Oxşar Xəbərlər