Şübhəsiz ki, Ağdamda dağıntıların miqyasını görmək xoşagəlməzdir – Amerikalı bloger

May30,2021

Şübhəsiz ki, Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam şəhərində dağıntının miqyasını görmək xoşagəlməzdir.

QİA.AZ xəbər verir ki, bunu mayın 30-da Dak Barner “Show Me Azerbaijan” layihəsi çərçivəsində xarici blogerlərin Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı deyib.

Bu gün azad edilmiş Azərbaycan torpaqlarını araşdıraraq burada olmağın böyük şərəf olduğunu qeyd etdi.

“Bu dağıntıları görmək çox güclü hisslər yaradır. Ancaq inanıram ki, bu görüntülərin yaratdığı ən vacib olan duyğu ümid və yenidənqurma işləridir ” dedi.“

Bloger vurğuladı ki, Ağdamda yenidənqurma işlərinin başlanıldığını görmək çox xoşdur. Trend.az

Oxşar Xəbərlər