Sucuq istehsalı ilə məşğul olacaq müəssisəyə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

“Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

QİA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, müəssisədə sucuq istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

Oxşar Xəbərlər