Sülhməramlılar nə qədər ərazini minalardan təmizləyib?

Apr2,2021

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edir.

“QİA.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində 13 hektar ərazi, 4 kilometr yol minalardan təmizlənib, 4 bina yoxlanılıb. Ümumilikdə isə 23 noyabr 2020-ci ildən bəri 1873 hektar ərazi, 575 kilometr yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1658 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 379 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər