Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı bölmələrinin Qazaxıstana yerləşdirilməsi cümə günü başa çatacaq.
QİA.AZ-ın məlumatına görə, bu barədə təşkilatın baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.
“Düşünürəm ki, sabah gün ərzində biz bütün digər sülhməramlı birləşmələrimizin yerləşdirilməsini tədricən başa çatdıracağıq”, – katib deyib.
Zas qeyd edib ki, Rusiya sülhməramlılarının əsas qrupu artıq Qazaxıstandadır və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə başlayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının yeridilməsi daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xahiş edib. O, ölkədəki vəziyyəti “xaricdən təlim keçmiş quldur birləşmələrinin basqını” adlandırıb. Bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.