AFFA-nın Apelyasiya Arbitraj Tribunalı “Sumqayıt” və “Zirə” komandalarırnın müraciətinə baxıb.
“QİA.az”ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin şikayəti müsbət, “Zirə”ninki isə mənfi cavablandırılıb.
“Sumqayıt” AFFA İntizam Komitəsinin mayın 5-də Camaləddin Xocaniyazova verdiyi 4 oyunluq cəzadan vı kluba tətbiq edilən 3 200 manat cərimədən apelyasiya verib. Tribunal diskvalifikasiyanı 2 oyuna, cəriməni isə 1 600 manata endirib.
Əvəzində İntizam Komitəsinin “Zirə” və klubun məşqçisi Eltun Yaqublu barədə qərarı qüvvədə saxlanılıb.
Qərarların tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.