“Sumqayıt” millimizin müdafiəçisi ilə anlaşıb

“Sumqayıt” daha bir futbolçusu ilə anlaşıb.

“QİA.AZ“ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlovla yeni müqavilə imzalayacaq.

26 yaşlı oyunçu ilə sözləşmənin müddəti 2 illik olacaq.

Qeyd edək ki, Elvin Bədəlov 2019-cu ilin fevralından “Sumqayıt”da çıxış edir.

Oxşar Xəbərlər