Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu yekunlaşıb.
QİA.AZ-ın məlumatına görə, “ASCO Arena”da “Səbail” “Qəbələ”ni, “Kapital Bank Arena”da isə “Sumqayıt” “Sabah”ı qəbul edib. Qarşılaşmalar qonaq komandaların qələbələri ilə yekunlaşıb.
Bakıdakı görüşdə hesabı 20-ci dəqiqədə “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov açıb. Bundan 7 dəqiqə sonra Asif Məmmədov fərqi artırıb. 52-ci dəqiqədə Turan Manafov fərqi azaltsa da, 90+2-ci dəqiqədə Ceyms Adeniyi yekun nəticəni müəyyənləşdirib – 3:1.
Sumqayıtdakı görüşdə isə hesabı 26-cı dəqiqədə Slavik Alxasov açıb. 31-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Xəyal Nəcəfov bərabərlik qolunu vursa da, 65-ci dəqiqədə “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev dəqiq penalti zərbəsi ilə keçmiş komandasını məyus edib – 2:1.