Sumqayıtda yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər.
Burada elə küçələr var ki, 42 ildir asfalt döşəməsi yoxdur.
Sakinlər bildiriblər ki, yollara görə nə taksi, nə də təcili yardım çağıra bilirlər, avtomobilləri isə demək olar ki, hər gün ustadadır.
Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.