Sumqayıtda baş verən yol qəzasında yaralananlardan birinin vəziyyəti ağırdır

Bakı-Quba yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib. Qəsəbəyə sərnişin daşıyan 3 nömrəli marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

QİA.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda baş verən qəza ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi , 5-i qadın) yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Oxşar Xəbərlər