Sumqayıtda gimnaziyanı bitirən 70 məzunun hamısı tələbə adını qazanıb

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 2023-2024-cü tədris ilini bitirən bütün məzunları ali məktəbə daxil olub.

QİA.az xəbər verir ki, bunu AZƏRTAC-a təhsil ocağının direktoru, Əməkdar müəllim Nizami Əhmədov deyib. O, bu il gimnaziyanı bitirən 70 məzundan 3-nün təhsilini xarici ölkələrdə davam etdirəcəyini bildirib. Həmçinin qeyd edib ki, məzunlardan biri olimpiada qalibi olduğu üçün ali məktəbə imtahansız qəbul olunub.

Gimnaziyanın digər məzunları isə təhsillərini Azərbaycan universitetlərində davam etdirəcəklər. Bu məzunlardan 48-i 600-dən çox bal toplayaraq yüksək nəticə göstərib. “Ümumilikdə, məktəb üzrə orta bal 612 olaraq qeydə alınıb”, – deyə Nizami Əhmədov əlavə edib.

Oxşar Xəbərlər