Sumqayıtda xaos: Taksilər avtobusların hərəkətinə mane olurlar 

Sumqayıt şəhərinin 20 Yanvar küçəsində xaotik vəziyyət hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, bu küçədən istifadə edən 30 saylı marşrut üzrə hərəkət edən avtobusların sürücüləri mövcud vəziyyətin yaranmasında taksi sürücülərini günahlandırırlar. Taksi sürücüləri isə fərqli fikirdədirlər.

Onlar avtobusların hərəkətinə mane olmadıqlarını qeyd ediblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsindən verilən məlumata görə, 20 Yanvar küçəsində nəqliyyatın hərəkəti olduqca intensiv xarakter daşıyır.

Bununla bağlı tez-tez həmin ünvanda reydlər və tədbirlər həyata keçirilir.

Oxşar Xəbərlər