“Honor” şirkəti yeni “Honor 50” smartfonunun görüntüsünü yayımlayıb.
“QİA.az” xəbər verir ki, “Weibo”da yerləşdirilən rəsmi görüntüdə smartfonun arxa üzündə 108 MB-lıq ana kamerası görünür. Bundan başqa “Honor 50” daha üç kamera ilə də təchiz olunub.
Əsas modellə yanaşı təqdim olunacaq “Nonor 50 Pro” və “Honor 50+” da “Snapdragon” prosesoruna, fövqəlsürətli adapterə, yüksək çözümlü ekrana malik olacaq.
İyunun 16-da təqdimatı nəzərdə tutulan yeni smartfonların qiyməti açıqlanmır.