Superliqa klubu müqavilə imzaladığı futbolçunu qeydiyyatdan keçirə bilməyib

Türkiyənin “Antalyaspor” klubu İngiltərə təmsilçisi “Luton”dan transfer etdiyi Andros Taunsendi qeydiyyatdan keçirə bilməyib.

QİA.az xəbər verir ki, bu barədə “Report” “BBC Sport”a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Superliqa təmsilçisi ilə müqavilə imzalasa da, FIFA-nın qoyduğu qadağa qüvvəyə mindiyi üçün oynaya bilmir.

Buna səbəb “Antalyaspor”un iki keçmiş futbolçusuna borclu qalmasıdır. FIFA-nın qaydalarına görə, yalnız bu borclar ödənildikdən sonra A.Taunsendin transferi rəsmiləşə bilər. Futbolçu komanda ilə birlikdə məşqlərə qoşulsa da, rəsmi oyunlara çıxa bilmir.

Qeyd edək ki, “Antalyaspor” klubu Superliqada 3 oyundan sonra 4 xalla yeddincidir.

Oxşar Xəbərlər