Suqovuşan istiqamətində mina partlayışı zamanı iki hərbçimiz xəsarət alıb

Apr6,2021

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Bu barədə QİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib.

“Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları – əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, onların həyatları üçün təhlükə yoxdur”, – deyə məlumata qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər