Hadisə

Suraxanıda iki avtomobil toqquşub, xəsarət alan var

Movavi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Vəliyev Asim Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button