Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiyanın 1 hərbi qulluqçusu həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, naməlum partlayıcı qurğu vasitəsilə törədilən partlayış zamanı həmçinin daha 3 hərbçi yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.