Suriyada Türkiyə hərbçisi şəhid olub

Fev3,2021
Suriyada Türkiyə hərbçisi şəhid olub

Suriyanın İdlib vilayətində yaralanan Türkiyə ordusunun hərbçisi şəhid olub.

“QİA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Bahar qalxanı” əməliyyatı bölgəsində yaralanan çavuş Basri Demirel ötən gün xəstəxanada dünyasını dəyişib.

“Yanvarın 31-də terroristlər tərəfindən edilən silahlı hücum nəticəsində yaralanan bir qəhrəman silahdaşımız yerləşdirildiyi Hatay Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, fevralın 2-də şəhid olub”, – nazirlikdən qeyd olunub.

Oxşar Xəbərlər