Suriyada Türkiyə ordusunun hərbçisi şəhid olub

Suriyanın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, biri yaralanıb.

QİA.AZ “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə Türkiyə ordusunun antiterror əməliyyatı keçirdiyi “Zeytun budağı” bölgəsində baş verib.

Xatırladaq ki, “Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də Suriyanınn şimalında PKK/YPG-PYD terror qruplaşmasına qarşı başlayıb. Əməliyyat bölgəsinə Suriyanın Afrin, Hələb, Suriya-Türkiyə sərhədi daxildir.

Oxşar Xəbərlər