“Survivor” daha Dominikanda yox, Türkiyədə keçiriləcək

Fev15,2021

TV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı “Survivor” yarışmasını Türkiyədə keçirmək qərarına gəlib.

“QİA” xəbər verir ki, o, bu səbəbdən Düzce şəhərinin Gölormani kəndində 18 milyon TL (4 milyon 336 min 200 AZN) dəyərində 50 hektar ərazi alıb.

Belə ki, Ilıcalının dünyadakı iqtisadi tənəzzül, eyni zamanda reklam gəlirlərinin azalması səbəbindən istehsalda qənaət tədbirlərinə yönəldiyi məlum olub. Bundan sonra aparıcı Dominikanda keçirilən yarışmanı Türkiyəyə gətirmək, aldığı ərazidə “Survivor” yaylası qurmaq niyyətindədir.

Oxşar Xəbərlər