Şuşa Bəyannamasi sözsüz ki, Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə keçəcək.
Bunu mətbuata Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə deyib.
Onun sözlərinə görə, bu sənəd siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət, energetika, müdafiə və digər sahələrdə ikitərəfli münasibətlərin geniş spektrini əhatə edir: “Bəyannamənin vacibliyi onun regiondaxili münasibətlərin möhkəmləndirməsindədir. Bu, açıq və bərabərhüquqlu siyasi dialoqun güclənməsi, eləcə də Cənubi Qafqaz ölkələri arasında ticari-iqtisadi münasibətlərin intensiv və ekstensiv inkişafı deməkdir”.
M.Sadıqzadə əlavə edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcək: “Bundan başqa, iqtisadi səmərə də olacaq, çünki Ankara və Türkiyə biznesi təkcə azad edilmiş ərazilərin bərpasına deyil, həm də tərəflər üçün maraqlı olan digər layihələrə də investisiya qoymağa hazırdır”.