“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Şuşa poçt markalarında” adlı kitab hazırlanıb. Kitabda Şuşanın tarixi-mədəni irsi, görkəmli xadimləri haqqında məlumatlar, işğaldan əvvəl və sonrakı dövrü əks etdirən fotolar yer alıb.

Nazirlikdən QİA.az-a bildirilib ki, kitabın özəlliyi onun tərkib hissəsi olan “Şuşa 270 il” mövzusunda olan 21 növdə poçt markalarıdır. Qeyd edək ki, Şuşanın tarixi, memarlığı, ədəbi mühiti, musiqi və etnik mədəniyyəti, eləcə də flora və faunasını əks etdirən markalar ötən il dövriyyəyə buraxılıb.

“Şuşa poçt markalarında” layihəsinin rəhbəri Sitarə Hüseynova, kitabın müəllifi Rafael Gülməmmədli, markaların tərtibatı isə rəssam Orxan Qarayevə məxsusdur.

Xatırladaq ki, “Azərpoçt” 2022-ci il ərzində “Şuşa – şəhid övladlarının gözü ilə” mövzusunda 9 markadan ibarət poçt bloku da dövriyyəyə buraxıb. Həmin markalarda istedadlı şəhid övladlarının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.

Oxşar Xəbərlər