Şuşa rayonu

Dek29,2020
Şuşa rayonu

Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şəhər İkinci Qarabağ müharibəsində, 8 noyabr 2020-ci il tarixdə düşməndən azad edilmişdir.

Coğrafi mövqeyi

Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər.

Relyefi

Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.

Geoloji quruluşu

Yura və Tabaşir çöküntüləri.

Çayları və su hövzələri

Mineral sular (Turşsu), bulaqlarla (isa bulağı) zəngindir. Əsas çayları Qarqar- çayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.

Landşaftları və bioloji müxtəlifliyi

Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüş və palıd növləri yayılmışdır.Şuşa rayonu fauna və fıorası

Fauna

Ərazi zəngin faunaya malikdir. Burada məməlilərdən canavar , qonur ayı, avropa cüyürü, porsuq, qaban , çölpişiyi , vaşaq , çaqqal , adi tülkü, adi kirpi, tirəndaz və s. canlılar yaşayır. Quşlardan turac , boz kəklik , bozqır qartalı , bozqırmuymulu qızılquş , lcşcil ağqartal , ağbaş korkəs, arıquşaoxşar bığlıca.

Geoloji təbiət abidələri

Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu.

Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.

Tarixi-mədəni abidələri

Daşaltı kəndində müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875).

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhalisi var.

Etnik
qrup
1939-cu il1959-cu il1970-ci il1979-cu il1989-cu il1999-cu il2009-cu il
Əhali%Əhali%Əhali%Əhali%Əhali%Əhali%Əhali%
azərbaycanlı6 30658.29%6 56461.77%9 89072.38%12 95580.87%18 67991.68%23 13595.05%27 36495.81%
erməni4 17738.61%3 79435.70%3 57726.18%2 88117.98%1 4307.02%1 1404.68%1 1403.99%
türk410.14%
ləzgi170.16%10.01%40.01%
rus2562.37%1981.86%1421.04%1140.71%160.07%40.01%
kürd40.04%330.14%30.01%
tatar40.04%50.02%20.01%
ukraynalı200.18%70.05%110.07%90.04%
digər350.32%700.66%480.35%580.36%2651.30%10.01%20.01%
cəmi10 819100%10 626100%13 664100%16 019100%20 374100%24 340100%28 560100%

Şuşada doğulanlar

Bax: Şuşada doğulanlar

Rayon komitə sədrləri və icra başçıları

  • Mikayıl Gözəlov
  • Nizami Bəhmənov

Tarixi abidələri

  1. Hacı Yusifli məscidi (XVIII)
  2. “Çöl Qala” məscidi (XVIII əsr)
  3. Xoca Mərcanlı məscidi (XVIII əsr)
  4. Quyuqluq məscidi (XVIII əsr)
  5. Səyidli məscidi (XVIII əsr)
  6. Məscid (XVIII əsr)
  7. Mərdinli məscidi (XIX əsr)
  8. Aşağı Gövhər Ağa məscidi (1874–1875)
  9. Culfalar məscidi (XIX əsr)
  10. Yuxarı Gövhər Ağa məscidi (XIX əsr)
  11. Mamay məscidi (XIX əsr)
  12. Köçərli məscidi (XIX əsr)
  13. Malıbəyli məscidi
  14. Alban kilsəsi
  15. Qaybalı məscidi
  16. Şirlan məscidi

Tarixi memarlıq abidələri

  1. Qala divarı (uzunluğu 8 kilometr)
  2. Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd)
  3. Qədim üslubda salınmış 17 məhəllə
  4. Molla Pənah Vaqifin poeziya evi
  5. Xan qızı Xurşudbanu Natəvanın sarayı
  6. Mir Möhsün Nəvvabın mülkü
  7. Üzeyir Hacıbəyovun ev-muzeyi
  8. Bülbülün ev-muzeyi
  9. Xalça muzeyi
  10. Tarix-diyarşünaslıq muzeyi
  11. Qarabağ dövlət tarixi muzeyi
  12. Molla Pənah Vaqifin məqbərəsi
  13. Turşsu qalereyası
  14. 4 karvansara
  15. Şahlıq körpüsü
  16. Rəsm qalereyası
  17. Gəncə qapısı
  18. Şor bulaq
  19. Nəcəfqulu ağanın mülkü
  20. Azərbaycanda ilk realnı məktəbin binası
  21. Xan qızı Natəvanın bulaq kompleksi
  22. Ağa-Əbdürrəhim ağanın evi
  23. Zarıslıda Korun karvansarası
  24. Təzə məhəllədə körpü
  25. İbrahim xanın mülkü
  26. Sadıqcanın qəsri
  27. Uluq bəyin evi
  28. Ağaböyük xanımın bürcü
  29. Malıbəylidə “Qızlar məktəbi”
  30. Xan qızı Natəvanın tikdirdiyi “Qaradam”
  31. Ağabəyim ağanın qəsri
  32. Qasım bəy Zakirin yaşadığı ev
  33. Qasım bəy Zakirin qəbirüstü abidəsi
  34. Küllü miqdarda gümüş və mis qablar
  35. Bəhmən Mirzə Qacarın saray kompleksi
  36. Bəhmən Mirzə Qacarın hərəmxanası
  37. Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı
  38. Qacarların məqbərə kompleksi
  39. Leyli qayası
  40. Məmməd Həsən ağanın imarəti
  41. Qarabağ xanlığının divan kompleksi
  42. Hacı Şükürün imarəti
  43. Qədimovların mülkü
  44. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi
  45. Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
  46. Qarabağ qazisinin mülkü
  47. Daş kitabələr
  48. Ovdan bulağı
  49. Xurşudbanu Natəvanın tikdirdiyi həbsxana binası
  50. Bayat qalası (1748-ci il)
  51. Şahbulaq qalası
  52. “Pənahabad” Şuşa qalası (1750–1757-ci illər)
  53. İkimərtəbəli karvansara (1888–1889-cu illər)
  54. “Dəlik-daş” pilləkən kompleksi
  55. Səməd bəy Mehmandarovun Şuşadakı mülkü
39°45′ şm. e. 46°45′ ş. u.
Ölkə Azərbaycan
İnzibati mərkəzŞuşa
İcra başçısıBayram Səfərov
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi310km²
Əhalisi
Əhalisi34 200 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-SUS
Telefon kodu+994 26
Poçt indeksi5800
Avtomobil nömrəsi58

Oxşar Xəbərlər