Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Apr24,2024

Biz bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlamışıq. Bu işlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq”.

QİA.az xəbər verir ki, bu barədə Qarabağda dayanıqlı inkişaf mövzusunda paneldə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”, – deyə A.Kərimov vurğulayıb.

A.Kərimov bu günədək Şuşada 196 abidə bərpa olunduğunu da əlavə edib.

Oxşar Xəbərlər