Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“QİA.AZ” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu medala layiq görülən hərbi qulluqçuların 1-i general-leytenant, 4-ü general-mayor, 31-i polkovnik, 141-i isə polkovnik-leytenantdır.