Şuşanın işğaldan azad olunması Münhendə qeyd olunub

Noy10,2020
Şuşanın işğaldan azad olunması Münhendə qeyd olunub

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə avtoyürüş təşkil ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, həmvətənlərimiz hər zaman, o cümlədən müzəffər Azərbaycan ordusunun qələbə salnaməsi yazdığı bu günlərdə daimi Azərbaycanın yanında olduqlarını bildiriblər.

Avtoyürüşün sonunda iştirakçılar “Şuşa Qarabağdır!” “Qarabağ-Azərbaycandır!” şüarları səsləndiriblər.

Oxşar Xəbərlər