Şvıdkoy: Heydər Əliyevin iradəsi olmasaydı, Azərbaycan da olmaya bilərdi

Heydər Əliyevin iradəsi olmasaydı, Azərbaycan da olmaya bilərdi.

QİA.az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

O qeyd edib ki, Heydər Əliyevin iradəsi olmasaydı, ölkənin süqutunun qarşısını almaq mümkün olmayacaqdı: “Bu gün 1990-91-ci ildən 1995-ci ilə qədər Azərbaycan tarixinin hadisələrini əks etdirən bir neçə tarixi sənədə və mənbəyə nəzər saldım. Bu dövr Azərbaycanda çevrilişlər, üsyanlar dövrüdür, ölkənin sadəcə olaraq parçalandığı, əhəmiyyətli bir hissəsinin işğal edildiyi vaxtdır. Heydər Əliyevin iradəsi olmasaydı, ölkənin parçalanmasının qarşısını almaq mümkün olmayacaqdı”.

Oxşar Xəbərlər