Təhsil Nazirliyi: Magistraturada yekun dövlət attestasiyası keçiriləcək

İyn7,2021

“Kolleclərdə bütün ixtisaslar üzrə, bakalavr səviyyəsində isə bəzi istisnalar olmaqla yekun dövlət attestasiyası (dövlət imtahanı və ya buraxılış işi) Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜÖMG) əsasında müəyyən ediləcək”.

QİA.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Nazirlik qeyd edib ki, heç bir kəsiri olmayan və müvafiq qiymətlər alan tələbə ÜÖMG əsasında qiymət alacaq: “Magistraturada yekun dövlət attestasiyası keçiriləcək, yəni bu, olduğu kimi qalır. Tələbə öz nəticələrindən narazı qalarsa bu halda universitetlər onlar üçün imkan və şərait yaradılacaq ki, sınaqlarda iştirak etsin”.

Oxşar Xəbərlər