TƏBİB: Hazırda ağır xəstələrin sayı çoxdur, xəstəxanalarda yer isə məhduddur

Dek15,2020
Gürcüstanda son sutkada 3 837 nəfər koronavirusa yoluxub, 44 pasiyent ölüb

“COVID-19 əaleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyası əsasında insanların könüllü və ya başqa formada vaksinasiya edilməsi məsələsi yaxın zamanlarda məlum olacaq”.

“QİA.AZ” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri bildirib ki, vaksinlər pulsuz olacaq: “Bu gün xəstələrə yardım etmək imkanımız var. Bəzi problemlər var. Ağır xəstələrin sayı çoxdur və tibb ocaqlarında yer sayı məhduddur. Odur ki, hər kəs sağlamlığına xüsusi fikir versin”.

Oxşar Xəbərlər