Təbrizin mərkəzində bina çökməsi nəticəsində 12 nəfər xəsarət alıb

Dek21,2021

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində 5 mərtəbəli binanın çökməsi nəticəsində 12 nəfər yaralanıb.

QİA.AZ“ın məlumatına görə, bunu Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbər deyib.

M.Hünərbərin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Hünərbər əlavə edib ki, hadisəyə səbəb 1-ci mərtəbədə qaynaq balonunun partlaması olub:

“Ətrafdakı binalara ciddi şəkildə ziyan dəyib. Uçma təhlükəsinə görə binaların sakinləri təxliyə olunub”, – deyə o bildirib.

Oxşar Xəbərlər