Təhsil naziri: “Şagirdlər arasında koronavirusdan ölüm halı qeydə alınmayıb”

“Məktəb direktorları və müəllimlər arasında koronavirusdan ölüm halları olub”.

“QİA.AZ” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, şagirdlər arasında isə koronavirusdan ölüm halı qeydə alınmayıb.

Nazir qeyd edib ki, fevralın sonu, martın əvvəlində Azərbaycanda fənn olimpiadalarının keçirilməsi nəzərdə tutulur.

Oxşar Xəbərlər