Təhsil naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

May25,2021

Mayın 25-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə QİA.AZ-a Təhsil Nazirliyindən bildirilib.

Görüş zamanı təhsil naziri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib.

Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qazi Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramı haqqında müqavilənin və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq protokolunun imzalanması yüksək qiymətləndirilib.

Oxşar Xəbərlər