Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə aydınlıq gətirib.
“QİA.AZ” xəbər verir ki, nazir bunu yoluxma hallarının artımı ilə əlaqələndirib.
O qeyd edib ki, verilən qərar ən optimal qərardır: “İnanırıq ki, həmin vaxta qədər çox sayda insan vaksinasiya prosesindən keçəcək və yoluxma sayında azalma qeydə alınacaq. Ümumilikdə məktəbləri açıb bağlanmaqdansa davamlı şəkildə tədrisi təşkil etmək vacib məqamdır”.
E.Əmrullayev bildirib ki, tədrisdə buraxılan günləri noyabr tətili günləri ilə əvəzləmək mümkündür.