Təhsil Nazirliyi “Yay məktəbi” ilə bağlı sorğu keçirir

May26,2021

Təhsil Nazirliyi “Yay məktəbi” ilə bağlı sorğu keçirir

Nazirlikdən “QİA.az”a verilən məlumata görə, pandemiya səbəbi ilə 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant (məsafədən) formada təşkil edilib.

Təhsil Nazirliyi mövcud vəziyyəti nəzərə alaraq, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən iki həftə müddətinə ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkili ilə bağlı sorğu keçirir. “Yay məktəbi”nin ödənişsiz və könüllü əsaslarla təşkili nəzərdə tutulur. “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Müvafiq linkə daxil olaraq sorğuda iştirak etmək mümkündür.

Oxşar Xəbərlər