Təhsil Nazirliyinin xərcləri gəlirlərini üstələyib

2020-ci ildə Təhsil Nazirliyi 7,919 milyon manat gəlir əldə edib.

QİA.AZ” xəbər verir ki, bunun 4,57 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayrılıb.

Nazirliyin birja əməliyyatlarından gəlirləri 47 min manat, sair əməliyyatlar gəlirləri isə 3,302 milyon manat təşkil edib.

Ötən il qurumun xərcləri isə 9,445 milyon manat, o cümlədən əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 4,094 milyon manat, sərf etdiyi materialların dəyəri 470 min manat, amortizasiya xərcləri 1,980 milyon manat, sair əməliyyat xərcləri isə 2,9 milyon manat olub.

Oxşar Xəbərlər