Dövlət daim təhsilə maraq göstərir. Təhsil tələbə krediti sisteminin istifadəyə verilməsi də bunun bariz göstəricisidir.
Bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.
“TTK ilk dəfə 1960-cı ildə dünyada tətbiq olunub. Hazırda 60 ölkı bu sistemdən istifadə edir. Hər bir ölkədə fərqli qaydada həyata keçirilir, amma ümumi tələblər də mövcuddur.
Bütün ölkələrdə bu siatem dövlət tərəfindən subsidiyalaşdırılır.
Uzunmüddətli kretid növüdür və aşağı faizlə verilir.
Təhsil göstəricilərini stimullaşdırır.
Kreditlər tələbəyə deyil, birbaşa təhsil müəssisəsinə köçürülür və sığortalanır.
Məqsədlərdən biri təhsilin əhatə dairəsini genişləndirməkdir.
Yüksək bal toplayan bəzi tələbələr təhsil haqqı yüksək olduğu üçün qeydiyyata düşmür, bəziləri təhsillərini yarımçıq qoyurlar.
Bu sistem təhsilə əlçatanlığın təmin edilməsinə xidmət edir.