“Təmiz hövzələr” aksiyasına start verilib

Apr19,2021 #təmiz hövzələr

“Təmiz hövzələr” aksiyasına Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən başlanılıb.

Ekologiya və Təbii Sərvtlər Nazirliyindən “QİA.az” a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının və ekokönüllülərin də cəlb edildiyi birgə aksiyada Kürün bir hissəsində təmizləmə işləri aparılıb, çay hövzəsinin 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdiriləcək.

“Sintetik torların toplanması qadağan olunmuş vasitələrlə balıq ovu edənlərə daha bir xəbərdarlıqdır və əsas hədəf geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək, onların artırılmasına nail olmaqdır”.

B.Məhəmmədov əlavə edib ki, su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların  su axarlarına atılması da bioresursların məhvinə səbəb olur.

“Buna görə də sututarlarını zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək hər birimizin borcu və vəzifəsi olmalıdır. “Təmiz hövzələr” aksiyasında yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər