Təmizl ölkəm” yaşıllıq aksiyası keçirilib – FOTO

Apr20,2024

Aprelin 19-da “Naxçıvan Muxtar Respublikasının 100 illiyi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında yaşıllıq aksiyası təşkil edilib. Aksiyada Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin kollektivi, eyni zamanda ekologiya könüllüləri iştirak edib.

QİA.Az NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, aksiya Penitensiar Xidmətin Naxçıvan-Sədərək magistral yolunun kənarında Böyükdüz kəndi ərazisində 10 hektar ərazini əhatə edib. Aksiya iştirakçıları ərazini tullantılardan təmizləyib, ağac və bitkilərə aqrotexniki qulluq göstərib, ağacların dibləri alaq otlarından təmizlənib, yumşaldılıb və suvarılıb.

Sonra ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çay süfrəsi arxasında aksiya iştirakçıları ilə səmimi söhbət edib, keçirilən aksiyanın məqsəd və əhəmiyyətini diqqətə çatdırıb.

Mənsurə Hümbətova

Oxşar Xəbərlər